
Rüşvət almaqda ittiham edilərək həbs edilən Moskvanın Preobrajenski rayonunun keçmiş hərbi komissarı Sergey Triqilev müharibəyə göndərilməsi barədə xahiş yazıb.
Yeniavaz.com xəbər verir, bu barədə TASS-a onun vəkili Dmitri Çukov məlumat verib.
“Trigilev Müdafiə Nazirliyi ilə “xüsusi hərbi əməliyyat”da xidmət üçün müqavilə imzalayıb. O, müqavilə bağlamaq üçün müdafiə nazirinə və İstintaq Komitəsinin sədrinə ərizə verib. Bu günə kimi bütün hazırlıq tədbirləri müstəntiqin icazəsi ilə həyata keçirilib, o, tibbi müayinədən və müsahibədən keçib. İndi müqavilənin Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən imzalanması lazımdır, daha sonra Trigilev “xüsusi hərbi əməliyyat”a göndəriləcək”, - vəkil bildirib.
Qeyd edək ki, hərbi komissar Rusiyanın Cinayət Məcəlləsinin 290-cı maddəsi (rüşvət alma) 5-ci hissəsinə əsasən üç cinayət törətməkdə ittiham olunur. Eyni ittiham həmin hərbi komissarlığın şöbə rəisi İqor Titovetsə də verilib.
Tətbiqimizi yükləyə bilərsiniz