“2023-cü ilin dekabrında Qəzza zolağında üç israilli girovun ölümünə İsrail ordusunun hərəkətləri səbəb ola bilər”.
Yeniavaz.com xəbər verir ki, bu açıqlama ilə İsrail televiziyasının 12-ci kanalı çıxış edib.
Bildirilir ki, girov saxlanılan Nik Beyser, Ron Şerman və Elia Toledano İsrail əsgərlərinin zərbəsi nəticəsində öldürülən radikal Fələstin HƏMAS hərəkatının yüksək rütbəli fəalı ilə birlikdə Qəzzada tunellərdən birində saxlanılıb. Nəşrin məlumatına görə, hərbçilər yaxınlıqda girovların olduğunu bilməyiblər.
Ölən üç nəfərin cəsədi 2023-cü ilin dekabrında tapılıb, bundan sonra onların ölümləri ilə bağlı araşdırma başlayıb. Kanalın sözlərinə görə, ordu ilkin araşdırmanın nəticələrinə əsasən, ölümün səbəbini dəqiq müəyyənləşdirməyin mümkün olmadığını bildirib.
Telekanal iddia edir ki, əlavə yoxlamalardan sonra hər üçünün İsrail ordusunun zərbəsi nəticəsində öldüyü müəyyən edilib, lakin bu məlumatın ictimaiyyətə açıqlanmamasına qərar verildiyi iddia edilir. Ordu bu iddiaları rədd edir.