Qəzzada ölənlərin sayı 41 mini keçdi


2023-cü ilin oktyabrında İsrailin anklavda hərbi əməliyyatlara başlamasından indiyədək Qəzza zolağında 41 mindən çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Sektorda İsrail təcavüzün nəticəsində ölənlərin sayı 41 min 20, yaralananların sayı 94 min 925 nəfərə çatıb”, - nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyi təkcə son 24 saat ərzində blokadaya alınmış anklavın bir neçə bölgəsinə İsrail ordusunun hücumları nəticəsində 32 fələstinlinin həlak olduğunu, yüzdən çox fələstinlinin yaralındığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top