
“Apple” Avropanın vergi qaydalarını pozduğuna görə İrlandiyaya 13 milyard avro qaytarmalıdır.
Yeniavaz.com xəbər verir ki, bu qərarı Lüksemburqdakı Avropa Məhkəməsi qəbul edib.
“Məhkəmə İrlandiyanın “Apple”ın xeyrinə çıxardığı vergi qərarları ilə bağlı Baş Məhkəmənin qərarını ləğv edir. Məhkəmə bu məsələ ilə bağlı yekun qərar verir və Avropa Komissiyasının 2016-cı ildəki qərarını təsdiqləyir: İrlandiya “Apple”a qanunsuz yardım göstərib və İrlandiya həmin yardımı geri almalıdır”, - məhkəmənin qərarında bildirilib.