Obamanın qardaşı Trampa səs verəcək


“ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlməlidir”.
Yeniavaz.com
“Fox News” telekanalına istinadla xəbər verir ki, bu barədə Ağ Evin keçmiş rəhbəri Barak Obamanın ögey qardaşı Malik Obama bildirib.
Onun sözlərinə görə, Amerikaya güclü və qətiyyətli bir lider lazımdır.
“Mən prezident Trampı dəstəkləyirəm. O, ölkəni düzgün yola qaytardı. Bəli, mən respublikaçıyam, ona görə də o, mənim namizədimdir. Əsas odur ki, Amerika dünyanın gözü qarşısında güclü olsun. Və Tramp güclü insandır. O, xarakteri ilə tanınır”, - deyə Malik Obama qeyd edib.
Malik Obama vurğulayıb ki, o, Demokratlar Partiyasının namizədi Kamala Harrisin məğlub olacağını gözləyir.
“Çünki o, yalnız gülümsəmək və gülmək qabiliyyətinə malikdir”, - Obamanın qardaşı əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top