Keyt Middlton bu ilin əvvəlində aşkar olunan xərçəng xəstəliyinin müalicəsini başa çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Uels şahzadəsi sosial şəbəkə hesabında məlumat yayıb.
“Yay başa çatır və nəhayət kimyaterapiyanı bitirdiyim üçün nə qədər rahat olduğumu deyə bilərəm”, - açıqlamada deyilir.
Keyt Middltonun sözlərinə görə, son doqquz ay onun ailəsi üçün inanılmaz dərəcədə çətin olub. O qeyd edib ki, xərçənglə mübarizə hamı üçün, xüsusən də onlara ən yaxın olanlar üçün çətin, qorxulu və gözlənilməz prosesdir.
Şahzadə Ketrin əlavə edib ki, bərpa və tam sağalma istiqamətində irəliləməkdə davam edir. Buna baxmayaraq, Ketrin yaxın aylarda işə qayıtmağı və xalq qarşısında çıxış etməyi planlaşdırır.