
An-2 amfibiya təyyarəsi Moskva vilayətinin Ruza rayonunda, Vatulino aerodromuna yaxın ərazidə qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskvanın regionlararası nəqliyyat prokurorluğu məlumat yayıb.
Bildirilir ki, təyyarə qəzaya uğrayan zaman göyərtəsində olan pilot və təyyarənin yaradıcısı 67 yaşlı Aleksey Tantsırev həlak olub.
Qəzanın səbəbləri hələlik məlum deyil. “Mash” teleqram kanalı yazır ki, An-2 uzun təmirdən sonra sınaq uçuşu zamanı mühərrikdə yaranan nasazlıq səbəbindən qəzaya uğrayıb.
“Alex-251” amfibiya təyyarəsi 2000-ci illərdən Moskvada yerləşən “Aviatik-Alyans” QSC tərəfindən hazırlanıb. 2009-cu ildə MAKS aviasalonunda təqdim olunub, lakin uçuş həyata keçirilməyib. 2011-ci ildə təyyarə sertifikat alıb, 2013-cü ildə isə zavod sınaqlarından uğurla keçib.