Ərdoğan Aİ ilə bağlı referenduma işarət etdi

Lazım olarsa, Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olub-olmaması məsələsində ümumxalq səsverməsi keçirə bilərik. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Aİ Türkiyənin üzvlük prosesindən kənara çıxmasına məcbur etməyə çalışır. R. T. Ərdoğan bildirib: “Əgər bizi istəmirlərsə, bunu ev sahibi kimi açıq şəkildə desinlər, müvafiq qərarları versinlər. Bizə edilənlərə qarşı həmişə səbr edə bilmərik. Gələcəkdə lazım olarsa, biz də xalqımızın fikrini öyrənmək yolunu seçərik. İngiltərənin xalqının fikrini öyrəndiyi kimi. Biz də xalqımızdan soruşarıq. Görək xalq nə deyir? Milli iradə nə deyir? Millətimiz nə deyərsə, onu da edərik”.

DİGƏR XƏBƏRLƏR

Top