Ronaldodan daha bir rekord


Portuqaliyalı hücumçu Kriştianu Ronaldo karyerası ərzində qol vurduğu milli komandaların sayına görə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sport24” portalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 8-də Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Portuqaliya yığması Şotlandiya yığmasını 2:1 hesabı ilə məğlub edib.
Ronaldo matçın 88-ci dəqiqəsində komandasının qələbə qolunu vurub. Beləliklə, Şotlandiya Ronaldonun qol vurduğu 48-ci milli olub.
Ronaldo matça əvəzedici kimi başlayıb və ancaq fasilədə meydana çıxıb.
Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines Ronaldonun oyuna ehtiyat oyunçular skamyasında başlamasını taktiki qərar kimi izah edib.
Qeyd edək ki, Ronaldo Azərbaycan yığmasına qarşı da 2 dəfə fərqlənə bilib.
Xatırladaq ki, Portuqaliya və Şotlandiya A Liqasında Polşa və Xorvatiya milliləri ilə 1-ci qrupda mübarizə aparır.
İlk turda portuqallar xorvatlara 2:1 hesabı ilə qalib gəliblər, şotlandlar isə polyaklara 2:3 hesabı ilə məğlub olublar.
Üçüncü tur matçında isə Portuqaliya Polşa ilə yarışacaq. Oyun oktyabrın 12-də keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 22:45-də çalınacaq.
Həmin tarixdə Şotlandiya Xorvatiya ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top