“Ermənistanın KTMT-dən çıxması istisna deyil”


Ermənistan KTMT-dən çıxa bilər, bu ehtimalı da istisna etmək olmaz.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
O, jurnalistin sualını cavablandırarkən, “Heç nəyi istisna etmək olmaz”, - deyib.
Bununla yanaşı o, milli maraqlarını qorumaq üçün Ermənistanın BRİKS və MDB sammitlərində iştirak etdiyini qeyd edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da parlamentdə ölkənin KTMT-də iştirakını dondurduğunu bildirmişdi.
Xatırladaq ki, Ermənistan oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və ölkəni baş nazir Nikol Paşinyan təmsil edəcək. Həmçinin Ermənistan nümayəndələrinin MDB-nin qeyri-rəsmi sammitində də iştirakı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top