“Qarabağla bağlı parlamentlərarası komissiya buraxılmalıdır” – Simonyan


Ermənistan parlamentinin sədri Alen Simonyan qanunverici orqanın iclasında Qarabağla bağlı parlamentlərarası komissiyanın (Ermənistan və DQR parlamentlərarası komissiyasının) buraxılmasını zəruri hesab etdiyini bildirib.
Yeniavaz.com
“Sputnik-Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Simonyan iclas zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmaması bağlı sualına cavab verərkən bildirib.
“Bu hüquqi akt (Ermənistan və qondarma DQR-in parlamentlərarası komissiyası) mövcud deyil, çünki onu imzalayan tərəf yoxdur”, - Simonyan bildirib.
Ermənistan parlamentinin spikeri həmçinin bildirib ki, onun üçün artıq “Dağlıq Qarabağın rəsmiləri”, eyni zamanda “Dağlıq Qarabağın prezidenti” termini yoxdur. Buna görə də, o, hüquqşünas kimi hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsini ciddi müzakirə etmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top