“WhatsApp” istifadəçiləri tezliklə digər messencerlərin istifadəçiləri ilə mesaj mübadiləsi apara biləcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Məlumata görə, bu yenilik messencerlər arasında uyğunluğun təmin edilməsi ilə bağlı yeni Avropa İttifaqı (Aİ) qanunlarının tələbləri ilə bağlı olacaq.
Bu funksiya tədricən istifadəyə veriləcək və istifadəçilər müxtəlif xidmətlərdən çatların birləşdirilməsinin mövcudluğu barədə tətbiqdaxili bildirişlər alacaqlar.
Bundan əlavə, “Meta” mesaj oxuma bildirişləri və mətn yazma indikatorları və s. kimi əlavə funksiyalar əlavə etməyi vəd edir.
Şirkət həmçinin 2027-ci ilə qədər müxtəlif messencerlərin istifadəçiləri arasında audio və video zənglər üçün dəstək daxil etməklə funksionallığı genişləndirməyi planlaşdırır.