Bu ilin iyul ayında Ermənistanın daşınmaz əmlak bazarında 4 939 alqı-satqı əməliyyatı həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Milli Statistika Komitəsi açıqlayıb.
Bildirilir ki, bu ilin iyul ayında xarici vətəndaşlar Ermənistanda 148 daşınmaz əmlak alqı-satqısı həyata keçirib. Bunun 76-sı Rusiya, 35-i ABŞ, 21-i Avropa ölkələri, 6-sı MDB ölkələri, 3-ü İran, 7-si isə digər ölkələrin vətəndaşları tərəfindən həyata keçirilib.
Eyni zamanda, bu ilin hesabat ayında Ermənistanda xarici vətəndaşlar daşınmaz əmlakın satışı üzrə 253 əməliyyat həyata keçiriblər. Belə ki, əməliyyatların 188-i Rusiya, 27-si Avropa ölkələri, 15-i ABŞ və MDB, 3-ü İran, 1-i Suriya, 4-ü isə digər dövlətlərin vətəndaşları tərəfindən həyata keçirilib.