“Hizbullah” İsrail ordusunun mövqelərinə raket zərbələri endirib


“Hizbullah” şiə milislərinin döyüşçüləri Livanla sərhəddən 2,5 km aralıda yerləşən Kiryat Şmona şəhərində İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalında bəyanat dərc olunub.
Bildirilib ki, sözügedən yaşayış məntəqəsinə çoxsaylı raket sistemlərindən onlarla mərmi atılıb.
“İslam müqavimət döyüşçüləri bu əməliyyatları sentyabrın 7-də İsrailin hava reydi zamanı Frun kəndində mülki müdafiə xidmətinin bir qrup xilasedicisinin ölümünə cavab olaraq həyata keçirib”, - bəyanatda qeyd olunub.
Bundan əvvəl respublikanın Səhiyyə Nazirliyi Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumu nəticəsində 4 nəfərin həlak olduğunu bildirmişdi. Hadisə İsrail hərbi hava qüvvələrinin reydindən sonra yanğınların baş verdiyi Frun kəndində qeydə alınıb.
İsrail Müdafiə Qüvvələri (IDF) Livan ərazisindən ölkənin şimal bölgələrinə 50 raket atıldığını qeydə alıb. Mətbuat xidməti açıqlamasında bildirib ki, İsrailin hava hücumundan müdafiə sistemləri raketlərin əksəriyyətini sıradan çıxarıb, qalanları isə yaşayış olmayan əraziyə düşüb. İtkilər barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top