Göygöldə zəlzələ: Ətraf rayonlarında hiss olundu


Sentyabrın 8-də Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 10:25-də qeydə alınan yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib.
Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə baş verən zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top