İsrailin bombardmanları nəticəsində Qəzza zolağında son 24 saat ərzində ən azı 31 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri anklavın mərkəzi, şimal və cənub hissələrinə hücum edib.
Telekanalın məlumatına görə, ölənlər arasında qadınlar və uşaqlar da var.