Engin Polat da azadlığa buraxıldı


Çirkli pulların yuyulması ittihamı ilə həbs edilən və 40 ilə qədər həbs cəzası ilə mühakimə olunan Dilan Polat və həyat yoldaşı Engin Polatın işi üzrə müvəqqəti qərar elan edilib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, məhkəmə Engin Polatın azadlığa buraxılması barədə qərar verib.
Beləliklə, “Polatlar” işi ilə bağlı saxlanılan qalmayıb.
Qeyd edək ki, ötən ilin oktyabrında populyar cütlük Dilan və Engin Polatın şirkətlərinə qarşı həyata keçirilən əməliyyatda aralarında Polat cütlüyü, Sezgin Polat, Alper Küşat Polat və Ahmet Gün də daxil olmaqla 28 şübhəli saxlanılıb. İddialara görə, Engin və Dilan Polata məxsus şirkətlər vergidən yayınmaq üçün saxta hesab-fakturalardan istifadə ediblər. Dilan cütlüyünün qohumlarının adına qurulan 5 şirkətdə saxta hesab-fakturalar yaradılıb. Engin Polata məxsus MILDA daşınmaz əmlakı şirkəti isə bu şirkətlərə məhsul satan şirkət kimi görünüb. Dilan Polat və həyat yoldaşı Engin Polata 3 ayrı cinayətdən ümumilikdə 20 ildən 40 ilə qədər həbs cəzası tələb olunub.

DİGƏR XƏBƏRLƏR

Top