Fransa Prezidenti Emmanuel Makron keçmiş Avropa komissarı və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnyeni yeni baş nazir təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
“Fransa Prezidenti ona ölkəyə və Fransa xalqına xidmət edəcək birlik hökuməti qurmağı tapşırıb”, - Fransa liderinin administrasiyası bildirib.