Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verdi


Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital” MMC-ni məhkəməyə verib.
Yeniavaz.com
xəbər verir ki, Xalq artisti bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi ilə bağlıdır.
İş hakim Nigar Nəbizadənin icraatına verilib.
Müraciətə yaxın günlərdə baxılacağı ehtimal olunur.
Xatırladaq ki, bu il iyul ayında Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi arasında dava olub. Dava zamanı Xalq artistinin atdığı balta klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top