Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 136,8 manata bərabər olub.
Yeniavaz.com xəbər verir ki, 1 qram qızılın qiyməti son bir həftə ərzində 0,8% və ya 1,1 manat ucuzlaşıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti son zamanlar bütün dünyada, o cümlədən Azərbaycanda davamlı olaraq bahalaşırdı. Təkcə bu ilin əvvəlindən avqust ayının sonuna kimi 1 qram qızılın qiyməti Azərbaycanda 23% və ya 25,7 manat bahalanıb.
Elnur Əli