
Qəzza zolağında son 24 saat ərzində 40-dan çox fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 42 nəfər ölüb, 107 nəfər yaralanıb”, - nazirlik bildirib.
Qeyd olunub ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlarda ölənlərin ümumi sayı 40 min 861, yaralananların sayı 94 min 398 nəfərə çatıb.