
“ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, ölkənin vitse-prezidenti Kamala Harrisin komandası seçkilərə qədər yaxın iki ayda televiziya reklamına rəqibi Respublikaçı namizəd Donald Trampın qərargahından ən azı iki dəfə çox pul xərcləmək niyyətindədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Associated Press (AP) ABŞ-də reklamı izləyən və təhlil edən “AdImpact” xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Onun hesablamalarına görə, Harrisin komandası növbəti iki ay ərzində televiziya reklamları üçün 280 milyon dollardan çox, Trampın kampaniyası isə cəmi 133 dollar hərcləyib. Pensilvaniya ştatında hər iki namizəd televiziya reklamı üçün 146 milyon dollardan çox pul hərcləyib. Trampın komandası Arizona, Viskonsin, Miçiqan, Nevada və Şimali Karolinada cüzi miqdarda reklam ayırıb, Harris isə hər birinə ən azı 21 milyon dollar xərcləyəcək.