“Google” və “Facebook” reklam göstərmək üçün istifadəçiləri dinləyir – KİV


Media konqlomeratı “Cox Media Group” texnologiya şirkətlərinə ev cihazlarından toplanan səsləri təhlil edən hədəfli reklam yaratmaq üçün yeni alət təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu proqramın mövcudluğu ötən il məlum olub.
Bildirilir ki, alət “Aktiv dinləmə” adlanır və söhbətlərimizi real vaxtda dinləyərək ağıllı cihazlardan məlumat qəbul etməklə işləyir. Bu məlumatı toplamaqla, reklamçılar bazarda istehlakçıları hədəfləmək üçün səs məlumatlarını davranış məlumatları ilə birləşdirə bilərlər.
Bu alətlər ABŞ-də reklamçılara təklif olunur, burada əksər ştatlarda şəxsin xəbəri olmadan telefon danışıqlarının qeydə alınmasını qadağan edən qanunlar mövcuddur. Təqdimatda deyilir ki, “Cox” böyük texnoloji platformalar, o cümlədən “Google”, “Amazon” və “Facebook” ilə tərəfdaşdır, lakin bu şirkətlər belə proqramda iştirakını inkar edir.

DİGƏR XƏBƏRLƏR

Top