
Türkiyənin BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etdiyi iddiaları ilə bağlı AK Partiyadan açıqlama verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Qərar və İdarə Heyətinin iclasından sonra jurnalistlərə açıqlama verən AK Partiya sözçüsü Ömər Çelik danışıb.
“Prezidentimiz BRİKS-ə üzv olmaq istədiyimizi dəfələrlə bəyan edib. Proses davam edir, konkret bir inkişaf yoxdur. Əgər olarsa, biz bunu elan edəcəyik”, - Çelik bildirib.
Qeyd edək ki, ölkənin xarici işlər naziri Hakan Fidan iyun ayında BRİKS xarici işlər nazirləri toplantısında iştirak edib.
Xatırladaq ki, ötən gün “Bloomberg” mənbələrə istinadla Türkiyə hakimiyyətinin bir neçə ay əvvəl BRİKS-ə üzv olmaq üçün müraciət etdiyi barədə məlumat yayıb.