
2023-cü ilin oktyabrından anklavda əməliyyatların başlamasından bu yana İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 40,8 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi öz “Teleqram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 min 819, yaralananların sayə 94 min 291 nəfərə yüksəlib”, - nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 33 fələstinli həlak olub, 67 fələstinli yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz