İsrail Quru Qoşunlarının komandanı, general-mayor Tamir Yadai istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı məlumat yayıb.
Portalın məlumata görə, o, şəxsi səbəblərlə əlaqədar istefa verib.
İsrail müdafiə naziri Yoav Qalant və İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi onun istefa xahişini qəbul edib.
Qeyd edək ki, Yadai İsrail Müdafiə Qüvvələrində (IDF) 1988-ci ildən xidmətə başlayıb. O, son üç il ərzində Quru Qoşunlarının rəhbəri vəzifəsini icra edib. Son altı ay ərzində isə ordunun imkanlarını artırmaq və Ordu üçün strateji satınalma planlarını inkişaf etdirmək üçün çalışıb.