Taksi sürücüləri üçün növbəti imtahanın vaxtı açıqlandı


2024-cü ilin oktyabr ayının 6-da Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.
“İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında 3 avqust saat 12:00‑dan 1 oktyabr saat 10:00-dək  qeydiyyatdan keçməlidirlər”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top