
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə ən çox səs toplayan namizədlərin 26-sı qadın olub.
Yeniavaz.com xəbər verir ki, əgər ilkin nəticələr təsdiq olunarsa, Milli Məclisinin VII çağırışı Azərbaycanın müstəqillik tarixində qadınların ən çox təmsil olunduğu parlament olacaq.
Son seçkilərdən sonra 125 nəfərlik Milli Məclisin 20,8%-i və ya 26 nəfəri qadınlardan ibarət olacaq. 2020-ci ildə keçirilən əvvəlki seçkidə 121 nəfərin deputatlığı təsdiqlənib və onların da 18,2%-i və ya 22-si qadınlar olub.
Qeyd edək ki, müstəqillik tarixində qadınların parlamentdəki nisbəti aşağıdakı kimi olub:
1995-ci il seçkiləri – 15 qadın (12,1%)
2000-ci il seçkiləri – 13 qadın (10,7%)
2005-ci il seçkiləri – 14 qadın (11,2%)
2010-cu il seçkiləri – 20 qadın (16%)
2015-ci il seçkiləri – 21 qadın (16,8%)
2020-ci il seçkiləri – 22 qadın (18,2%)
2024-cü il seçkiləri (ilkin nəticə) – 26 qadın (20,8%)
Onu da bildirək ki, son seçkilərin ilkin nəticəsinə görə ən çox səs toplayan 26 qadın namizədin 14-ü Yeni Azərbaycan Partiyasını (YAP), 1-i Ana Vətən Partiyasını (AVP), 1-i isə Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) təmsil edir. 10 qadın isə seçkilərdə bitərəf namizəd kimi iştirak edib.
Açıqlanan ilkin nəticələrə görə, qadın namizədlərin lider olduğu dairələr aşağıdakılar olub:
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən Həmzəyeva Ülviyyə Tapdıq qızı (YAP)
7 saylı Səbail Seçki Dairəsindən Arpadarai Nigar Cavid qızı (Bitərəf)
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsindən Xasayeva Səbinə Səməd qızı (YAP)
13 saylı Xəzər ikinci Dairəsindən Paşayeva Gülşən Məmmədəli qızı (Bitərəf)
14 saylı Xəzər-Pirallahı Dairəsindən Seçki Dairəsindən Əfəndiyeva Günay Elçin qızı (Bitərəf)
21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən İbrahimqızı Məlahət İbrahim qızı (YAP)
24 saylı Nizami birinci Dairəsindən Nurullayeva Könül Oruz qızı (Bitərəf)
30 saylı Suraxanı seçki Birinci Dairəsindən Fətəliyeva Sevinc Həbib qızı (YAP)
32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən Həsənova Afət Əbil qızı (YAP)
35 saylı Xətai üçüncü Seçki Dairəsindən Vəliyeva Pərvanə Bulud qızı (YAP)
39 saylı Gəncə ikinci Seçki Dairəsindən Kərimzadə Pərvin Orxan qızı(YAP)
42 saylı Sumqayıt birinci Seçki Dairəsi Hüseynova Hicran Kamran qızı (YAP)
44 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən Vəliyeva Mehriban Hidayət qızı (YAP)
45 saylı Sumqayıt dördüncü Seçki Dairəsindən Salmanova Səbinə Qədir qızı (Bitərəf)
46 saylı Sumqayıt beşinci Seçki Dairəsindən Akimova Elnarə Seydulla qızı (YAP)
48 saylı Abşeron birinci Seçki Dairəsi Məmmədova Nigar Fikrət qızı (YAP)
58 saylı Xaçmaz kənd Seçki Dairəsindən Mikayılova Sevil Əlirazı qızı (Bitərəf)
62 saylı Kürdəmir Seçki Dairəsindən Ağazadə Əminə Həmid qızı (Bitərəf)
65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən Ağamalı Günay Fəzail qızı (AVP)
70 saylı Neftçala Seçki Dairəsindən Rüstəmxanlı Tənzilə Yoçu qızı (VHP)
88 saylı Şamaxı Seçki Dairəsindən Cəfərova Tamam Şaməmməd qızı (Bitərəf)
95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsindən Əliyeva Jalə Fazil qızı (Bitərəf)
99 saylı Bərdə Seçki Dairəsindən Yıldırım Fatma Vidadi qızı (YAP)
102 saylı Şəmkir şəhər Seçki Dairəsindən Qafarova Sahibə Əli qızı (YAP)
104 saylı Gədəbəy Seçki Dairəsindən Hüseynova Sevinc Əmirəhməd qızı (YAP)
107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən Ağayeva Ülviyyə Cavanşir qızı (Bitərəf)
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz