
“Qalatasaray” “Napoli”də çıxış edən futbolçu Viktor Osimheni 1 illik heyətinə qatıb.
Yeniavaz.com “TRT Spor”a istinadən xəbər verir ki, nigeriyalı futbolçunun bu axşam İstanbulda olacağı gözlənilir.
Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm “Napoli”nin heyətində 32 matçda iştirak edib. 25 yaşlı mərkəz hücumçusu bu matçlarda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.