Braziliyada VPN-lə “X” işlədənlər 9 min dollar cərimələnə bilər


Braziliya Ali Məhkəməsi kollegiyasının beş hakimindən üçü ölkədə “X” sosial şəbəkəsinin qadağan edilməsi barədə qərarı dəstəkləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, qərar sentyabrın 2-də keçirilən onlayn iclasda qəbul edilib. Qalan iki hakimin isə səsvermə üçün günün sonuna qədər vaxtı var. Dinləmə başa çatdıqdan sonra “X” sosial şəbəkəsi qərardan şikayət etmək imkanı əldə edəcək.
Sosial şəbəkənin ölkədə fəaliyyətinin dayandırılması barədə qərar avqustun 30-da Ali Məhkəmənin hakimi Aleksander de Moraes tərəfindən verilib. Qərar “X” sosial şəbəkəsinin sahibi İlon Maskın bir neçə məhkəmə qərarına, o cümlədən şirkətin ölkədə rəsmi nümayəndəsi təyin etməkdən imtina etməsindən sonra qəbul edilib. Bloklama qərarı Braziliyada 20 milyon sosial şəbəkə istifadəçisinə təsir edib.
Kollegiyaya daxil olan hakimlər həmçinin Moraesin VPN istifadə edərək qadağandan yan keçməyə çalışan şəxs və ya şirkətin gündə 50 min real (9 min dollar) cərimə ilə üzləşəcəyi barədə qərarını dəstəkləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top