
Rusiya Prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərə gedib.
Yeniavaz.com xəbər verir ki, Rusiya prezidentinin təyyarəsi Ulan-Bator hava limanına enib.
Putinin Monqolustana səfəri iki gün davam edəcək. Sentyabrın 3-də Rusiya Prezidentinin Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşəcəyi, həmçinin bir sıra sənədlər imzalayacağı və Georgi Jukovun abidəsi önünə gül dəstələri qoyacağı gözlənilir.
Putinin səfəri 1939-cu ildə Xalxin Qolda Sovet və Monqolustan qoşunlarının Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə təsadüf edir.
Qeyd edək ki, bu, Putinin həbs qərarı verildikdən sonra Roma Statutunu ratifikasiya etmiş ölkəyə ilk səfəridir.
Putinin Monqolustana səfərindən əvvəl Kreml qarşıdakı səfərdən narahat olmadığını bildirib.