
“ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından namizəd Kamala Harris seçki yarışına girdikdən sonra onun şəxsiyyətinə marağın artmasına baxmayaraq, prezident seçkilərində autsayder olaraq qalır”.
Yeniavaz.com “Axios”a istinadən xəbər verir ki, bu fikri onun seçki qərargahının sədri Cen O'Melli-Dillon bildirib.
“Vitse-Prezident Harris iyulun sonunda yarışa girəndən bəri kampaniyamız rekord məbləğdə vəsait toplamaq, könüllülərin marağında artım və seçkilərdə iştirak etmək həvəsini müşahidə edib. Bununla belə, səhv başa düşməyin: Biz yarışın finiş xəttinə açıq autsayderlər kimi daxil oluruq”, - O'Melli-Dillon bildirib deyib.
O, Harrisin rəqibi Respublikaçı Donald Trampın seçiciləri tərəfindən daha çox dəstəyə sahib olduğunu və 2020-ci ildən bəri hər zaman olduğundan daha yüksək reytinqə sahib olduğunu bildirib.
O'Melli-Dillon qeyd edib ki, növbəti 65 gün (seçkilərə qədər) Harris kampaniyası üçün çox çətin olacaq və işçilər seçiciləri cəlb etmək üçün çox iş görməli olacaqlar.