Durov Parisdə mənzil axtarır


Fransa məhkəməsi tərəfindən zaminə buraxılan “Telegram” messencerinin təsisçisi Pavel Durov məhkəmə ərəfəsində Parisin mərkəzində mənzil axtarır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Paris Match” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, rusiyalı sahibkar gələn həftənin sonunda yeni mənzilə köçməyə hazırlaşır və yeni yaşayış sahəsinin qiymətinin nə qədər olacağı ilə də maraqlanmır.
“O, artıq bir daşınmaz əmlak agentinə Parisin “ən gözəl yerində” ona ev tapmağı tapşırıb”, - məqalə müəllifləri bildirib.
Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın “Le Burje” hava limanında şəxsi təyyarəsindən düşərkən saxlanılıb. Sahibkar Fransaya Azərbaycandan gəlib. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 cinayətdə ittiham olunur.
“Telegram”ın təsisçisi 5 milyon avro girov müqabilində zaminə buraxılıb və onun Fransadan çıxışna qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top