“WhatsApp” istifadəçi məxfiliyinin qorunmasını daha da təkmilləşdirmək üçün yeni funksiya əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Yeni funksiyaya görə, 24.18.10.70 konstruksiya nömrəsi ilə iOS üçün messencerin yeni beta versiyasında PİN koddan istifadə etməklə unikal istifadəçi adı yaratmaq və arzuolunmaz mesajlardan qorunmaq mümkün olacaq.
Bununla da artıq istifadəçilər telefon nömrəsi əvəzinə istifadəçi adı seçə biləcəklər ki, bu da rabitəni daha təhlükəsiz və məxfi edəcək. İstifadəçi adını qorumaq üçün PİN kodu əlavə etmək də mümkün olacaq ki, bu da əlavə təhlükəsizlik səviyyəsini təmin edəcək.
Kontakt siyahınızda olmayan istifadəçilərlə əlaqə saxlamaq üçün isə siz xüsusi PİN kodu daxil etməlisiniz. Bu, fırıldaqçıların və spamerlərin cəhdlərinin qarşısını almağa kömək edəcək.
İstifadəçilər yenilikdən məlumatların qorunması ehtiyaclarından asılı olaraq ondan istifadə edib-etməmək barədə özləri qərar qəbul edə biləcəklər.
Funksiya hazırda inkişaf mərhələsindədir və gələcək “WhatsApp” yeniləməsində əlçatan olacaq.
Funksiyanın istifadəsi ilə bağlı hələ dəqiq vaxt məlum deyil.