
Almaniyanın “Bavariya” futbol klubunun yarımmüdafiəçisi Tomas Müller Münhen komandasının heyətində oyunların sayına görə rekorda imza atıb.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, Müller Almaniya çempionatının ikinci turunun “Frayburq”la ev matçının 59-cu dəqiqəsində meydana daxil olub.
Bu oyun yarımmüdafiəçinin “Bavariya”nın heyətində 710-cu oyunu olub. Beləliklə, Müller qapıçı Sepp Mayeri (709 oyun) keçərək, rekord vurub.
Qeyd edək ki, Müllerin 34 yaşı var. O, “Bavariya”nın yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir. Hücumçu 12 dəfə Almaniya çempionu, 6 dəfə Almaniya kubokunun qalibi, 2 dəfə Çempionlar Liqasının qalibi olub. O, Almaniya millisinin üzvü kimi 2014-cü ildə dünya çempionu adını qazanıb.