
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 28,431 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə xüsusilə şirkət səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg” Milyarderlər İndeksində (Bloomberg Billionaires Index) qeyd olunub.
Bildirilib ki, ilin əvvəlindən “Severstal”ın təsisçisi Aleksey Mordaşov 5,73 milyard dollar qazanıb və sərvəti 26,6 milyard dollara yüksəlib.
“Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,26 milyard dollar artıb və 24,1 milyard dollara bərabər olub.
Azərbaycanlı oliqarx, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov isə ilin əvvəlindən sərvətini 3,59 milyard dollar artırıb və 28,2 milyard dollara çatdırıb.
Qeyd olunub ki, ən böyük itkini isə Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov yaşayıb. Belə ki, ilin əvvəlindən onun sərvəti 5,51 milyard dollar azalaraq 15,6 milyard dollara düşüb.