
Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin təlim aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, təyyarənin iki nəfərdən ibarət ekipajı həlak olub. Hadisə yerində müstəntiqlər, ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir.