Azərbaycanda şəhər əhalisinə kənd əhalisindən 16 dəfə çox su verilir – Rəsmi


Ötən il əhalinin istifadə etməsi üçün hər bir nəfərə orta hesabla gün ərzində 66,2 litr su verilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərində əhalinin hər bir nəfərinə orta hesabla gün ərzində 115,3 litr, kənd yerlərində isə 7,2 litr su verilib.
Qeyd edək ki, əvvəlki illə müqayisədə verilən suyun miqdarı həm şəhər, həm də kənd yerlərində 0,3 litr artıb. Belə ki, 2022-ci ildə əhalinin hər bir nəfərinə orta hesabla gün ərzində 115 litr, kənd yerlərində isə 6,9 litr su verilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top