Milli Məclisə seçkilərdə səsvermə başa çatdı


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başa çatıb.
Yeniavaz.com 
xəbər verir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.
Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Mərkəzi Seçki Komissiyasının saat 17:00 üçün açıqladığı məlumata görə, seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top