
HƏMAS Qəzza zolağında 101 İsrail vətəndaşını girov saxlamağa davam edir.
Yeniavaz.com xəbər verir ki, bu yenilənmiş məlumatları İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman verib.
“1 sentyabr 2024-cü il tarixinə Qəzzada HƏMAS tərəfindən 101 girov saxlanılır: 2023-cü il oktyabrın 7-dən 97 girov və 2014-cü ildən 4 girov (84 kişi və 14 qadın, o cümlədən ikisi 5 yaşa qədər uşaq)” – Gendelman bildirib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də silahlı HƏMAS tərəfdarları 251 nəfəri girov götürüblər.
Tətbiqimizi yükləyə bilərsiniz