2023-cü ilin oktyabrında anklavda İsrailin hərbi əməliyyatları başlayandan bəri Qəzza zolağında 40,7 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 min 738-ə yüksəlib, daha 94 min 154 nəfər yaralanıb.
Nazirliyin məlumatında qeyd olunur ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 47 fələstinli həlak olub, 94 nəfər yaralanıb.