
Rusiyanın Kamçatka yarımadasında yoxa çıxan “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopterinin qalıqları tapılıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, onun qəzaya uğradığı məlum olub.
Bildirilib ki, helikopterin göyərtəsindəki 22 nəfərdən sağ qalan yoxdur.
Qeyd olunub ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri helikopterin qəzaya uğradığı yerə gediblər.