Xankəndidə yaşayan erməniəsilli vətəndaşlar necə səs verəcək?


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların seçkiyə cəlb olunub-olunmaması ilə bağlı suala aydınlıq gətirib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri qeyd edib ki, səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb: “Onun hansı millətdən olması əhəmiyyət kəsb etmir. Şəxsiyyət vəsiqəsini təqdim edən istənilən insan səs verə bilər. Səsvermə hüququ olan bütün vətəndaşlarımıza biz şərait yaratmışıq”.

DİGƏR XƏBƏRLƏR

Top