
Ermənistan hazırda KTMT-nin bütün qurumlarında iştirakını dondurub və hələlik başqa qərarlar qəbul etmək fikrində deyil.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunu kifayət hesab edirik. Amma bu, o demək deyil ki, gələcəkdə fərqli qərar verməyəcəyik”, - Paşinyan bildirib.