
“Telegram”ın 2023-cü ildə zərəri 173 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, əməliyyat xərcləri isə 108 milyon dollar təşkil edib,
Nəşrin yazdığına görə, maliyyə itkilərinin bir hissəsi saytın rəqəmsal aktivlərinin – “Toncoin”in dəyərinin artması ilə kompensasiya edilib.
Keçən il “Telegram”ın balansında təxminən 400 milyon dollar dəyərində “Toncoin” olub. 2024-cü ilin əvvəlindən şirkət “Toncoin”i təxminən 244 milyon dollara satıb.
Bununla belə, onun təsisçisi Pavel Durovun Fransada həbsindən sonra “Telegram”ın maliyyə gələcəyi sual altında qalıb. Nəşr qeyd edir ki, şirkət rəhbərinə qarşı ittihamlar biznesin reputasiyasına zərbə vurub.
Durovun həbsi xəbəri çıxandan bəri “Toncoin” təxminən 20% ucuzlaşaraq, bir sikkə üçün 5,44 dollara düşüb.