
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Paşinyan bildirib ki, İrəvan indi Bakı ilə birbaşa danışıqlara üstünlük verir. O hesab edir ki, Azərbaycanla birbaşa danışıqlar müsbət nəticə verir.
“İndiki mərhələdə biz ikitərəfli formatda işləyirik. Fikrimizcə, bu formatda davam etmək daha doğrudur və mən bunu Rusiya Prezidenti ilə son söhbətimizdə açıq şəkildə demişəm. Başqa formatın olacağını da istisna etmirəm. Hər bir məsələ konkret kontekstdə ayrıca nəzərdən keçirilməlidir”, - Paşinyan bildirib.
Paşinyan həmçinin bildirib ki, danışıqları davam etdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan və Azərbaycan sərhədində görüşməyə hazırdır.