Paraüzgüçümüz gümüş medal qazandı – Yenilənib


Paraüzgüçümüz Raman Salei Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, o, S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda 1:00.67 nəticə ilə gümüş medal qazanıb.

***12:07
Azərbaycan paraüzgüçüsü Raman Salei “Paris-2024” Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb.
Finişə 1 dəqiqə 1,29 saniyə ilə birinci çatan paraüzgüçü finala vəsiqəni təmin edib.
Final mərhələsi Bakı vaxtı ilə 19:30-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top