Lukaşenkonun prezidentlikdən əvvəl futbol komandası olub


Belarus Prezidenti Aleksandr Lukaşenko hələ “Qorodets” sovxozunun rəhbəri olarkən futbol komandası yaradıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə sovxozda sürücü işləyən Valeri Krotikov məlumat verib.
“Bizim öz futbol meydançamız var idi və tez-tez o meydançada oynayırdıq. O gələndə artıq bir az adaptasiya olmuşduq. İdmanda vəziyyətimizlə maraqlandı və biz ona sahəmizi göstərdik. Sonra bizi yığıb dedi: “Gəlin normal şəkildə idmanla məşğul olaq”, - deyə Krotikov bildirib.
Krotikov Lukaşenkonun təşəbbüsü sayəsində komandanın uğur qazandığını və Şklovski rayonda təsərrüfatlarıarası türnirdə birinci yeri tutduğunu əlavə edib.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko avqustun 30-da 70 yaşını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top