
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana 124 min 655 İran vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, İran vətəndaşlarının 6,3%-i (7 min 846 nəfər) Azərbaycana turizm məqsədi ilə, 93,7%-i (116 min 809 nəfər) isə digər məqsədlərlə səfər edib.
Məlumat üçün bildirək ki, digər məqsədlərlə səfər edənlərə işləməyə gələnlər, yük avtomobillərinin sürücüləri, yükləri müşayiət edən şəxslər, xarici ölkələrin səfirliklərində, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə ölkəmizdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s. şəxslər daxildir.
Qeyd edək ki, turizm məqsədi ilə Azərbaycana səfər edən İran vətəndaşlarının 4 min 470 nəfəri istirahət və əyləncə, 2 min 1 nəfəri qohumlara, dostlara baş çəkmək, 1 111 nəfəri işgüzar, 39 nəfəri müalicə, 34 nəfəri isə dini ziyarət üçün ölkəmizə gəlib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz