“Kreml Durovla danışıqlar aparmayıb” – Peskov


Kreml “Telegram”ın təsisçisi Pavel Durovla heç bir danışıq aparmayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Durov və Kreml heç bir danışıq aparmayıb”, - deyə o, bəzi nəşrlərin Durovun 2014-cü ildən sonra Rusiyaya tez-tez səfər etməsi ilə bağlı məlumatlarını şərh edərkən qeyd edib.
Rusiya liderinin mətbuat katibi həmçinin Kremllə Durov arasında hər hansı razılaşmanın olmasını da təkzib edib.
“Bir daha təkrar edirəm ki, Kremllə Durov arasında heç bir razılaşma olmayıb”, – deyə Peskov “Telegram” təsisçisinin Rusiya hakimiyyət orqanları ilə hər hansı razılıq əldə edib-etmədiyi barədə suala cavab verərkən bildirib.

DİGƏR XƏBƏRLƏR

Top